Böyrəyini satıb, villada narkotik fabriki yaratdı - Fotolar

20.05.2022 | 19:28 Oxunma sayı: 158
Böyrəyini satıb, villada narkotik fabriki yaratdı

Türkiyədə bir nəfər böyrəyini İranda sataraq qazandığı pulla villa kirayələyərək narkotik fabriki qurub.

“Kriminalqafqaz” Türkiyə mətbuatına istinadən məlumat verir ki, Ankara Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi qrupları, Çankaya mahalının Çayyolu səmtindəki 3 mərtəbəli villada narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində şəhər daxilində apardıqları işlər zamanı narkotik yetişdirildiyini öyrənib.

Əməliyyatda villanın bütün mərtəbələri xüsusi mexanizmlə istixana çevrildiyi aşkara çıxarılıb. Xüsusi işıqlandırma və havalandırma sistemi ilə yaradılmış mexanizm ələ keçirilib. Villadan yalnız narkotik istehsalı üçün istifadə edən şəxslər saxlanılıblar.

Polisin apardığı araşdırmada şübhəlilərdən M.Y-nin uzun müddət Almaniyada yaşadığı və orada narkotik vasitələrin yetişdirilməsi mexanizminin qurulması prosesini öyrəndiyi müəyyən edilib.

M.Y-nin bu işlə məşğul olmaq üçün Türkiyəyə qayıtmağa qərar verdikdən sonra əvvəlcə İrana gedərək böyrəyini orada külli miqdarda pula satdığı öyrənilib.

M.Y.-nin qazandığı pulla Türkiyəyə qayıdaraq 3 mərtəbəli villa kirayə götürdüyü və təxminən 70 min lirəyə fabrik qurduğu müəyyən edilib. Bundan əlavə, M.Y.-nın tikinti işçisi havalandırma sistemini, elektrik ustasına isə qanunsuz elektrik sistemini quraşdırdığı da məlum olub.

Şübhəlilər barəsində cinayət işi başlanıb, istintaq davam edir.

 

 




Digər xəbərlər