Boşanmaq üzrə olan arvadına 4 güllə vuararq öldürdü

20.05.2022 | 18:41 Oxunma sayı: 223
Boşanmaq üzrə olan arvadına 4 güllə vuararq öldürdü

Türkiyədə 53 yaşlı kişi 37 yaşlı aravdının kürəyindən 4 güllə vuraraq öldürüb.

“Kriminalqafqaz” “Sözcü”yə istinadən məlumat verir ki, hadisə bu gün Aydının Söke rayonunda baş verib. Belə ki, Mehmet Çiçək boşanma prosesində olan arvadı Zehra Çiçəyi silahla güllələyib. Zəhra Çiçək kürəyinə dəyən 4 güllə ilə həyatını itirib.

İddialara görə, 4 uşaq atası Mehmet Çiçək ilə boşanma prosesində olan həyat yoldaşı Zehra Çiçək arasında evdə mübahisə düşüb.

Mübahisə davaya çevriləndə Mehmet Çiçək tapança ilə Zehra Çiçəyə atəş açıb. Güllələrdən 4-ü qaçmağa çalışan qadının kürəyinə dəyib.

Silah səsini eşidən qonşular təcili yardıma və polisə müraciət ediblər. Hadisə yerinə gələn təcili yardım qrupları qadının öldüyünü müəyyən ediblər.

Hadisə yerinin araşdırmasından sonra Çiçəyin cəsədi Söke Fehime Faiq Kocagöz Dövlət Xəstəxanası meyitxanasına aparılıb.

Arvadını kürəyindən vuran Mehmet Çiçək hadisədən sonra tapança ilə polis tərəfindən nəzarətə götürülüb.

 


Digər xəbərlər