Boşanma zamanı qadın kişinin bankdakı pulunu tələb edə bilərmi?

02.12.2021 | 08:09 Oxunma sayı: 901
Boşanma zamanı qadın kişinin bankdakı pulunu tələb edə bilərmi?

Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-sentyabr ayları üzrə açıqladığı statistikaya əsasən, Azərbaycanda 12 892 boşanma halı qeydə alınıb.

"Kriminalqafqaz" xəbər verir ki, boşanma ilə bağlı məhkəmə proseslərində ən çox mübahisəli məqamlar əmlakın bölgüsü zamanı yaşanır.

Nikahdan əvvəl və ya nikah dövründə ər və arvadın əldə etdiyi əmlak Ailə Məcəlləsini tələblərinə əsasən, bölünməlidir. Nikah dövründə ər və arvadın ümumi gəlirləri hesabına əldə edilən birgə mülkiyyət boşanma zamanı bölünür. Daşınar və daşınmaz əşyalar ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq birgə mülkiyyət sayılır.

Birgə nikah dövründə ərə və ya arvada yaxın qohumları tərəfindən mənzil bağışlanıbsa, burada bölgü tələbi qanuni deyil. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər və arvadın hər birinin ayrıca mülkiyyətindədir, yəni boşanma zamanı bunlar bölünmür.

Boşanma zamanı nəğd pulun bölgüsü isə qanunauyğun hesab olunur. Məsələn, kişinin bank hesabında pul varsa, boşanma zamanı qadın həmin puldan hər hansı pay tələb edə bilərmi? Birgə mülkiyyət dedikdə daşınar və daşınmaz əşyalardan əlavə həm də, nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak nəzərdə tutulur. Ona görə də boşanma zamanı bu əmlaklar da bölünür.


Digər xəbərlər