Bir il ərzində 400 milyon dollarlıq kriptovalyuta oğurlanıb

14.01.2022 | 17:23 Oxunma sayı: 104
Bir il ərzində 400 milyon dollarlıq kriptovalyuta oğurlanıb

Şimali Koreyalı hakerlər keçən il kriptovalyutaların satıldığı platformalara ən azı 7 kiberhücum həyata keçiriblər.

“Kriminalqafqaz” CNN Türk-ə istinadən xəbər verir ki, hücumları həyata keçirən hakerlər təxminən 400 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar.

Kiberhücumlar ilk növbədə investisiya firmalarını hədəf alıb. 2020-ci ildə Şimali Koreyada kriptovalyutalara edilən kiberhücumların sayı dörd, keçən il isə yeddi olub. 2021-ci ildə oğurlanmış kriptovalyutaların dəyəri 40 faiz artıb.


Digər xəbərlər