Samux və Bərdədə ev yanıb.
FHN-dən “Kriminalqafqaz”a verilən məlumata görə, Samux rayonunun Əhmədbəyli kəndində kürsülü, birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və qismən ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Digər yanğın hadisəsi isə Bərdə rayonunun Güloğlular kəndində qeydə alınıb. Belə ki, birmərtəbəli 3 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hər iki yanğın söndürülüb.