Biləsuvarda Vətən Müharibəsi qazisi intihar edib

23.05.2022 | 11:17 Oxunma sayı: 187
Biləsuvarda Vətən Müharibəsi qazisi intihar edib

Biləsuvar rayonunda intihar hadisəsi baş verib. 

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbəsində qeydə alınıb. Belə ki, Cəbrayıl rayonu Sarıcalar kənd sakini, 1995-ci il təvəllüdlü Əlisahib Məmmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Qeyd edək ki, o, Vətən Müharibəsi qazisi və ailəli olub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər