Beynəlxalq axtarışda olan azərbaycanlı qadın həbs edildi

05.10.2021 | 12:02 Oxunma sayı: 1170
Beynəlxalq axtarışda olan azərbaycanlı qadın həbs edildi

Bakı Ağır Cinayətlər məhkəməsində insan alverinə görə ittiham olunan qadına hökm oxunub.

“Kriminalqafqaz” xəbər verir ki, hakim İradə Həsənzadənin rəhbərliyi ilə keçirilən prosesdə 1980-ci il təvəllüdlü İbrahimova Samirə Tahir qızı 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.İbrahimova Cinayət Məcəlləsinin 144.1.1-ci (insan alveri) maddəsi ilə ittiham irəli sürülüb.

2017-ci ildə DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən axtarışa verilən qadın bir müddət öncə Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib. Onun Azərbaycandan qadınları iş adı ilə aldadıb Türkiyə və digər ölkərə apardığı, orada insan alverinin qurbanına çevirdiyi məlum olub.


Digər xəbərlər