Beyləqanda 15 nəfər pambıqdan zəhərləndi

23.06.2022 | 10:08 Oxunma sayı: 451
Beyləqanda 15 nəfər pambıqdan zəhərləndi

Beyləqanda pambıqdan kütləvi zəhərlənmə qeydə alınıb.

“Kriminalqafqaz” xəbər verir ki, əkin sahəsindən qayıdan 15 nəfər zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, hazırda onların vəziyyətləri qənaətbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər