Beşinci mərtəbədən yıxılsa da, sağ qaldı

08.12.2021 | 14:05 Oxunma sayı: 139
Beşinci mərtəbədən yıxılsa da, sağ qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında köməksiz vəziyyətdə qalıb.

Bu barədə “Kriminalqafqaz”a FHN-dən məlumat verilib.

Məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub.

Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb və hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.

 


Digər xəbərlər