Bələdiyyə sədrinin qanunsuz əməli ifşa olundu

24.11.2021 | 12:49 Oxunma sayı: 132
Bələdiyyə sədrinin qanunsuz əməli ifşa olundu

Zaqatala rayonunda bələdiyyə sədrinin qanunsuz əməlləri ifşa olunub.

"Kriminalqafqaz" xəbər verir ki, Bəhmətli kənd bələdiyyəsinin sədri Həsrət Musayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna müraciət daxil olub.

 Araşdırmalarla onun 2018-2021-ci illər ərzində ümumilikdə 13 min 856 manat məbləğində bələdiyyə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 179.2.4-cü (şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq davam etdirilir.


Digər xəbərlər