Bələdiyyə sədri qəzada öldü

26.06.2022 | 13:02 Oxunma sayı: 352
Bələdiyyə sədri qəzada öldü

Göygöldə baş verən yol-nəqliyyat qəzası zamanı xəsarət alan sürücü ötən gün xəstəxanada vəfat edib.

“Kriminalqafqaz” xəbər verir ki, ötən gün rayonda “Tofaş” markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində xəsarət alan 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğlu bu gün xəstəxanada dünyasını dəyişib.

Məlumata görə A.Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədridir.

Faktla bağlı araşdırma aparılır.

 


Digər xəbərlər