“Bazarstore” “Ecobox”u məhkəməyə verdi

18.11.2022 | 16:07 Oxunma sayı: 624
“Bazarstore” “Ecobox”u məhkəməyə verdi

"Bazarstore" supermarketlər şəbəkəsi Azərbaycanda plastik tullantıların toplanması və yenidən email ilə məşğul olan "Ecobox" şirkətini məhkəməyə verib.

“Kriminalqafqaz” xəbər verir ki, buna səbəb şirkətin supermarketlərdə öz qurğularını quraşdırması, lakin əldə edilən gəlirin qarşılılığında supermarketlərə qarşı öhdəliyindən yayınması olub.

Belə ki, “Ecobox” şirkəti “Bazarstore”larda plastik tullantıları qəbul edən, əvəzində isə marketdə alışveriş etmək üçün müvafiq çeklər verən aparatlar quraşdırıb. Həmin aparatlardan əldə edilən çeklər vasitəsilə alıcılar supermarketlər şəbəkəsindən alış-veriş edib. Lakin qarşılığında “Bazarstore”a heç bir ödəniş olunmayıb. “Ecobox”un təxminən 4 min manatlıq ödənişdən yayındığı bildirilir.

Qeyd edək ki, tərəflərin mübahisəsinə Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılır.

Amin Nəzərli


Digər xəbərlər