“Bandotdel” bu rayonlarda əməliyyat keçirdi - Video

27.01.2022 | 17:29 Oxunma sayı: 104
“Bandotdel” bu rayonlarda əməliyyat keçirdi

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələr və pulemyot satmaq istəyən şəxslərə qarşı Qaradağ və Beyləqan rayonlarında əməliyyatlar keçirib.

DİN Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən İlqar Əliyev və tanışı Xeyrulla Nəsrullayev Qaradağ rayonunda saxlanılıblar. Onların üzərindən 5 büküm ümümi çəkisi 10 kiloqram 149 qram yüksək təsiredici narkotik maddə heroin aşkar olunub. Bu şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı Füzuli rayon sakinləri İlqar Cəfərzadə və Sərxan Heydərov saxlanılıblar. Onlar birgə 1 ədəd “PKM” modelli “Kalaşnikov” konstruksiyalı pulemyot silahı satarkən Beyləqan rayonu ərazisində tutularaq Baş İdarəyə gətiriliblər.

Saxlanılan şəxslərlə bağlı cinayət işləri başlanılıb və barələrində həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.




Digər xəbərlər