Bakının mərkəzində dəhşətli qəza - İki maşın toqquşdu, biri aşdı

12.01.2023 | 15:57 Oxunma sayı: 152
Bakının mərkəzində dəhşətli qəza

Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

“Kriminalqafqaz” xəbər verir ki, 8 Noyabr prospektində iki minik avtomobili toqquşub. Zərbənin təsirindən avtomobillərdən biri sürücünün idarəeməsindən çıxaraq aşıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb edilib.

Xəsarət və ya ölüm faktı ilə bağlı hələlik məlumat yoxdur.


Digər xəbərlər