Bakıda yük maşınında Gürcüstan vətəndaşının meyiti tapılıb.
"Kriminalqafqaz" “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində baş verib. Belə ki, “MAN” markalı ağırtonnajlı yük maşınının kabinəsində Gürcüstan vətəndaşı, 1973-cü il təvəllüdlü Shaka Taduanın cəsədi aşkarlanıb.
İlkin baxış zamanı həmin şəxsin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Ölən şəxsin yük maşınının sürücüsü olduğu bildirilir.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.