Bakıda toyda dəhşətli faciə - Pilləkəndən yıxılıb öldü

03.10.2022 | 14:03 Oxunma sayı: 965
Bakıda toyda dəhşətli faciə

Bakıda şadlıq sarayında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Xətai rayonu Babək prospektində yerləşən “Şahzadə” şadlıq sarayında keçirilən toyda qonaq olan 1964-cü il təvəllüdlü Behbud Ələkbərov ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.

Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza


Digər xəbərlər