Bakıda taksi sürücüsünə zor tətbiq edərək pulunu alıblar

03.10.2022 | 12:23 Oxunma sayı: 119
Bakıda taksi sürücüsünə zor tətbiq edərək pulunu alıblar

Bakıda taksi sürücüsünə zor tətbiq edilib.

DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə oktyabrın 2-də saat 5 radələrində Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Səfərovun idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişinin ona zor tətbiq edərək içərisində 50 manat, 100 rubl və sənədləri olan cüzdanını talaması barədə müraciət daxil olub.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elgün Balakişiyev müəyyən olunaraq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər