Bakıda süpürgəçi qadın özünü dənizə atmaq istədi

25.11.2021 | 21:15 Oxunma sayı: 498
Bakıda süpürgəçi qadın özünü dənizə atmaq istədi

Bakı şəhərində intihara cəhd hadisəsi baş verib.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, rayonun Neftçilər prospektində yerləşən Dənizkənarı Milli Parkda Səbail rayonu 8 saylı MKİS-də süpürgəçi işləyən Alidə Səlimova intihara cəhd edib. 1980-ci il təvəllüdlü Şabran rayon sakini intihar məqsədi ilə özünü dənizə atmağa cəhd göstərib.

Bulvar Mühafizə İdarəsinin işçiləri tərəfindən cəhdin qarşısı alınıb.


Digər xəbərlər