Bakıda stadionun arxasında faciəvi hadisə - 33 yaşlı qadın öldü

05.08.2022 | 10:02 Oxunma sayı: 1238
Bakıda stadionun arxasında faciəvi hadisə

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Olimpiya Stadionunun arxasından keçən yeni salınmış yolda “Ford” markalı avtomobil 1989-cu il təvəllüdlü Bahar Abbasovanı vurub. Ağır xəsarətlər alan 33 yaşlı qadın hadisə yerində vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Digər xəbərlər