Bakıda seyfdən külli miqdarda pul oğurlandı

04.08.2022 | 14:57 Oxunma sayı: 675
Bakıda seyfdən külli miqdarda pul oğurlandı

Bakıda ofisin seyfindən 46 444 manat pul oğurlanıb.

"Kriminalqafqaz" Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini R.Muradov və Sumqayıt şəhər sakini T.Əfəndiyev rayon ərazisində yerləşən ofislərin birinin seyfindən 46 444 manat pulu oğurluq yolu ilə ələ keçirib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Muradov və T.Əfəndiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər