Bakıda səfirlik əməkdaşı ağır qəzaya düşdü

13.05.2022 | 14:17 Oxunma sayı: 139
Bakıda səfirlik əməkdaşı ağır qəzaya düşdü

Bakıda Türkiyə vətəndaşı yol qəzasına düşüb.

Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu “Qafqazinfo”ya bildirib ki, 1987-ci il təvəllüdlü Yüzak Taner ağır vəziyyətdə saat 11 radələrində xəstəxanaya gətirilib: “Yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Kompüter tomoqrafiyası və ultrasəs müayinəsi aparılıb. Hazırda yaralı qapalı kəllə beyin travması ilə Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabildir”.

Trend-in məlumatına görə, avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan T.Yüzak Türkiyə səfirliyinin əməkdaşıdır.


Digər xəbərlər