Bakıda ofisdən oğurluq edildi

12.05.2022 | 19:26 Oxunma sayı: 55
Bakıda ofisdən oğurluq edildi

Bakıda ofisdən oğurluq edilib.

DİN-in Mətbuat xidmətindən “kriminalqafqaz”a verilən məlumata görə, polis şöbəsinə B.Nuriyev küçəsində yerləşən ofislərin birindən 300 manat pul, 600 manat dəyərində kameranın yaddaş bloku və açar oğurlanması, həmçinin ofisin qarşısından “Daewoo” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil G.Şıxlinski küçəsində tapılmış, bu əməlləri törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Fədail Qəniyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər