Bakıda ödəmə terminalından pul oğurlanıb

23.06.2022 | 18:51 Oxunma sayı: 139
Bakıda ödəmə terminalından pul oğurlanıb

Bakıda ödəmə terminalından pul oğurlanıb.

DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, Qala qəsəbəsində yerləşən marketlərin birində quraşdırılan “E-Manat” ödəmə terminalından 1 000 manat pul, digər mağazadan isə 211 manat pul, 1 289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Mirzəyev və əvvəllər məhkum olunmuş F.Sədullayev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.


Digər xəbərlər