Bakıda mağazadan pul oğurlanıb

21.09.2022 | 17:38 Oxunma sayı: 228
Bakıda mağazadan pul oğurlanıb

Bakıda mağazadan oğurluq olub.

DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Günəşli qəsəbəsi ərazisindəki mağazaların birindən 200 manat pul, 80 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalını sındırılmaqla 2111 manat pul oğurlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Digər xəbərlər