Bakıda istirahət mərkəzinin hovuzunda dəhşət yaşandı - Ölən var

06.08.2022 | 12:58 Oxunma sayı: 616
Bakıda istirahət mərkəzinin hovuzunda dəhşət yaşandı

Bakıda istirahət mərkəzinin hovuzunda ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Dostluq” istirahət mərkəzinin hovuzunda paytaxt sakini, 32 yaşlı Pərviz Kazım oğlu Sultanov boğularaq ölüb.

Yaxınlıqdakı şəxslər gəncin hovuzda batdığını görüblər. P.Sultanov sudan çıxarıldıqda onun artıq öldüyü məlum olub.

İlkin araşdırmalar zamanı P.Sultanovun epilepsiya xəstəsi olduğu məlum olub və qıcolma səbəbindən suda batdığı bildirilib.

Araşdırmalar davam etdirilir.

Nizam Rza


Digər xəbərlər