Bakıda fitnes mərkəzində yanğın olub

06.12.2022 | 09:45 Oxunma sayı: 118
Bakıda fitnes mərkəzində yanğın olub

Bakıda fitnes mərkəzində yanğın olub.

"Kriminalqafqaz" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli obyektin (fitnes mərkəzi kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 15 m² sahədə və damında 3 p.m elektrik kabeli yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Digər xəbərlər