Bakıda evlərdən 7 min manatlıq oğurluq edilib

15.08.2022 | 14:16 Oxunma sayı: 123
Bakıda evlərdən 7 min manatlıq oğurluq edilib

Bakıda evlərdən 6 885 manatlıq oğurluq edilib.

Bu barədə "Kriminalqafqaz"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5 350 manat pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini əvvəllər məhkum olunmuş Səddam C.Əlizadə və Zəngilan rayon sakinləri əvvəllər məhkum olunmuş E.Quliyev saxlanılıb.

Bundan başqa, Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-ü saat 16 radələrində rayon ərazisindəki evlərin birindən 1 535 manat dəyərində 7 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş B.Məmmədov tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər