Bakıda barda tanış olduğu qadın “Parkside” hotelində əcnəbini soydu

21.01.2022 | 11:39 Oxunma sayı: 4782
Bakıda barda tanış olduğu qadın “Parkside” hotelində əcnəbini soydu

Bakıda məşhur biznes mərkəzində işləyən əcnəbi barda tanış olduğu qız tərəfindən aldadılıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, “The Landmark” biznes mərkəzində nəzarətçi işləyən Fransa vətəndaşı, 1985-ci il təvəllüdlü B.G.L.E-nin yanvarın 16-da saat 08 radələrində balansında 3050 manat olan bank kartları, sənədlər, sürücülük vəsiqəsi və mobil telefonu oğurlanıb.

Onlar bank kartından internet üzərindən 1000 manatlıq sifarişlər edilib və pul xərclənib.

Araşdırma zamanı hadisəni törədən şəxs saxlanılıb və 40 yaşlı qadın olduğu məlum olub. Həmin şəxs əvvəllər də oğurluq, dələduzluq və soyğunçuluğa görə məhkum olunubmuş.

Belə ki, fransız daha çox əcnəbi müştərilərin getdiyi yer kimi tanınan “Şekspir” barında həmin qızla tanış olub. Daha sonra onu müvəqqəti qaldığı və “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı dəmir yolu vağzalının ərazisində yerləşən “Parkside” hotelinə gətirib. Oteldə olarkən qadın Fransa vətəndaşının telefonunu götürərək mobil tətbiq vasitəsilə öz evinə sifarişlər verib.

Hazırda istintaq davam etdirilir.


Digər xəbərlər