Bakıda bağ evinin həyətindən ölmüş döl tapıldı

13.05.2022 | 10:59 Oxunma sayı: 762
Bakıda bağ evinin həyətindən ölmüş döl tapıldı

Bakının Buzovna qəsəbəsində ölmüş döl tapılıb.

"Kriminalqafqaz" “Qafqazinfo”ya istinadən məlumat verir ki, qəsəbə sakini A.Hüseynova məxsus bağ evinin həyətində 24-25 həftəlik döl aşkar edilib.

Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş dölün həyətə kim tərəfindən atılması, hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Xəzər Rayon Polis İdaərisinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.

 


Digər xəbərlər