Bakıda 58 yaşlı qadını ölümcül hala salıb qaçdılar

23.06.2022 | 14:43 Oxunma sayı: 654
Bakıda 58 yaşlı qadını ölümcül hala salıb qaçdılar

Bakıda 58 yaşlı qadına kəsici alətlə zərbə endirilərək ölümcül hala salınıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 39, mənzil 71 ünvanında yaşayan 1964-cü il təvəllüdlü Məmmədov Şəfaqət Ağabəy qızı deşilmiş-kəsilmiş xəsarət ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. 

Cinayət törətmiş şəxsin aşkar olunaraq cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Faktla bağlı Nərimanov RPİ-nin İŞ-də CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq işi aparılır. 

Nizam Rza


Digər xəbərlər