Bakıda 2 gənc intihar edib.
“Qafqazinfo” xəbər verir ki, dünən saat 20 radələrində Balakən rayon sakini Alvina Elxan qızı Hacıyeva özünü Nəsimi rayonu, Cavadxan küçəsi 15 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Digər intihar hadisəsi ötən gecə saat 23 radələrində Xətai rayonunda baş verib. 1993-cü il təvəllüdlü Faiq Cəbrayıl oğlu Eynullayev özünü Pivəzavod küçəsi 62 ünvanındakı mənzilin zirzəmisindən asıb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
Nizam Rza