Bakıda 24 yaşlı qız özünü 3-cü mərtəbədən ataraq öldürdü

23.06.2022 | 11:09 Oxunma sayı: 210
Bakıda 24 yaşlı qız özünü 3-cü mərtəbədən ataraq öldürdü

Bakıda 24 yaşlı qız özünü binadan atıb.

"Kriminalqafqaz" APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi qeydə alınıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Alvina Hacıyeva yaşadığı binanın 3-cü mərtəbəsindən özünü yerə atıb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.


Digər xəbərlər