Bakıda 17 yaşlı qız binadan yıxılıb öldü

24.06.2022 | 17:22 Oxunma sayı: 351
Bakıda 17 yaşlı qız binadan yıxılıb öldü

Bakıda 17 yaşlı qız çoxmərtəbəli binadan yıxılaraq ölüb.

“Kriminalqafqaz”ın məlumatına görə, Yasamal rayonu, Həsən Məcidov küçəsində yerləşən binada yaşayan 2005-ci il təvəllüdlü A.Salahova yaşadığı mənzilin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İlkin məlumata görə, A.Salahova epilepsiya xəstəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza


Digər xəbərlər