“Azərişığ”ın əməkdaşını “tok” vurub öldürdü

28.01.2022 | 09:29 Oxunma sayı: 104
“Azərişığ”ın əməkdaşını “tok” vurub öldürdü

Salyan rayonunda “Azərişığ”ın əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb.

Prokurorluqdan “Kriminalqafqaz"a verilən məlumata görə, yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

“Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər