Azərbaycanın bütün dünyada axtardığı 9 əcnəbi - Siyahı+Foto

14.10.2021 | 11:55 Oxunma sayı: 1670
Azərbaycanın bütün dünyada axtardığı 9 əcnəbi

Azərbaycan dövləti cinayət törədərək istintaqdan yayındığı üçün “Interpol” vasitəsi ilə ümumi olaraq 85 nəfəri beynəlxalq axtarışa verib. Həmin şəxslər artıq Azərbaycanı tərk edib başqa ölkələrdə gizlənən adamlardır.

“Kriminalqafqaz” xəbər verir ki, Azərbaycanın axtarışa verdiyi 85 nəfərdən 9-u əcnəbilərdir. 

Həmin şəxslərin siyahısını və hansı cinayətə görə axtarışa verildiyi barədə məlumatları təqdim edirik:

Tsindeliani Lento Sosoyeviç, rus, 56 yaş, qaçaqmalçılıq

Smaqliy İvan, rus, 61 yaş, özgənin əmlakını mənimsəmə

Xabibulin Marat, rus, 47 yaş, beynəlxalq cinayət və oğurluq

Davoodi Majid, İran, 30 yaş, qaçaqmalçılıq, qəsbkarlıq, narkotik vasitələrinin istifadəsi və qanunsuz dövriyyəsi, oğruluq, psixotrop maddələrin satışı

Qumaşyan Mardun, gürcü, 70 yaş, terrorizm, beynəlxalq cinayət, qaçaqmalçılıq, illeqal daşınma, qanunsuz transfer və qanunsuz satış, bahalı zinyət əşyalarının qanunsuz ticarəti, partlayıcı, öldürücü madəllərin alışı və satışı

Kolesnik Andrey, Ukrayna, 40 yaş, illieqal biznes, qaçaqmalçılıq və illeqal şirkətləri idarəetmə

Alusula Adilkan, Nigeriya, 39 yaş, cibgirlik, qanusuz olaraq elektron komputer məlumatlarına daxil olmaq, komputer sistemlərini və şəbəkələrdəki xidmət qaydalarını pozmaq

Onetule Ubimago Antony, Nigeriya, 36 yaş, şirkətdən oğurluq etmə, oğurluq zamanı təhlükəli vəziyyət yaratma, illeqal yolla komputer sistemlərini və şəbəkə xidmətini əvvəlcədən əlbir olduğu bir qrup şəxslə bərabər pozmaq

Muciyu Laulu Siyun Salisu, Nigeriya, 42 yaş, cibgirlik, qanusuz olaraq elektron komputer məlumatlarına daxil olmaq, komputer sistemlərini və şəbəkələrdəki xidmət qaydalarını pozmaq

"Interpol"un saytına bu şəxsin fotosu yerləşdirilməyib. 

Aynurə Yusubova


Digər xəbərlər