Azərbaycanda zavodda dəhşətli hadisə - Gənc oğlan öldü+Yenilənib

23.09.2022 | 10:42 Oxunma sayı: 511
Azərbaycanda zavodda dəhşətli hadisə

Sumqayıtda kərpic zavodunda bədbəxt hadisə baş verib.

“Kriminalqafqaz” xəbər verir ki, şəhərin H.Z.Tağıyev qəsəbəsində “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodda fəhlə işləyən 1993-cü il təvəllüdlü Allahverdiyev Güloğlan Bəkir oğlu bunker adlanan tikilidən yıxılıb. Ağır xəsarətlər alan 29 yaşlı işçi xəstəxanaya yerləşdirilib.

Tibbi müdaxiləyə baxmayaraq, gənc Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

Sentyabrın 22-i saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

“Kriminalqafqaz” xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Prokurorluğunun məlumatında bildirilib. Qeyd edilib ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal  Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Nizam Rza


Digər xəbərlər