Azərbaycanda teatrda bədbəxt hadisə

14.01.2022 | 09:25 Oxunma sayı: 906
Azərbaycanda teatrda bədbəxt hadisə

Gəncə şəhərində teatr binasında bədbəxt hadisə baş verib.

“Kriminalqafqaz” xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında mühafizəçi işləyən 1998-ci il təvəllüdlü, Gədəbəy rayon sakini Cəsur Mahmudov yıxılıb.

O, mühafizəçi işlədiyi və hazırda təmiri gedən teatrın şaxtasına düşərək xəsarət alıb.

Araşdırma aparılır.

 

 


Digər xəbərlər