Azərbaycanda polkovnikə cinayət işi açıldı

07.12.2021 | 12:22 Oxunma sayı: 1732
Azərbaycanda polkovnikə cinayət işi açıldı

Fövqəladə Hallar Nazirliyinin Quba rayon Mülki Müdafiə Qoşunlarının komandiri, polkovnik Ehtiram Nəzərov barəsində cinayət işi başlanılıb.

“Kriminalqafqaz” xəbər verir ki, ona Cinayət Məcəlləsinin 312.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işinin istintaqı yekunlaşdıqdan sonra baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İşə hakim Aslan Kalbalıyevin sədrliyi ilə baxılır. Polkovnikin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib və ilkin məhkəmə baxışı təyin olunub.

İlkin məlumata görə, E.Nəzərov artıq vəzifəsindən kənarlaşdırılıb.

Amin Nəzərli


Digər xəbərlər