Azərbaycanda məhkumlar videogörüş keçirəcəklər

18.11.2022 | 16:55 Oxunma sayı: 251
Azərbaycanda məhkumlar videogörüş keçirəcəklər

Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilib.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyevin noyabrın 18-də Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Dəyişiklik epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.

 


Digər xəbərlər