Azərbaycanda itkin düşən hindistanlı turisti ayı parçalayıb? - DİN-dən açıqlama

20.06.2022 | 10:11 Oxunma sayı: 1489
Azərbaycanda itkin düşən hindistanlı turisti ayı parçalayıb?

Zaqatalada itkin düşən hindistanlı turistin meyitinin tapılması barədə fotolar yayılıb.

"Kriminalqafqaz" məsələni dəqiqləşdirmək üçün üçün DİN-in Mətbuat xidməti ilə əlaqə saxlayıb.

Xidmətin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov saytımıza bildirib ki, vəhşi heyvanlar tərəfindən parçalanmış şəkildə tapılması barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Turistin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir. Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb. Yayılan fotolar daha əvvəl Gürcüstanda çəkilib".

Qeyd edək ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada olan itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.


Digər xəbərlər