Azərbaycanda dəhşətli hadisə - Müəllim həyat yoldaşına 20 bıçaq zərbəsi vurdu

03.10.2022 | 15:03 Oxunma sayı: 1263
Azərbaycanda dəhşətli hadisə

Kürdəmir sakini arvadına çoxsaylı bıçaq xəsarətləri yetirib.

“Kriminalqafqaz” xəbər verir ki, bu gün səhər saatlarında rayonun Sığırlı kəndində 1989-cu il təvəllüdlü Rəcəb Bəkirov münaqişə zəminində həyat yoldaşı, 23 yaşlı Dürbəst Bəkirovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun üzərində 20-dən artıq kəsilmiş-deşilmiş xəsarətlərin olduğu və vəziyyətinin kritik olduğu bildirilib.

İlkin araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən R.Bəkirov kənd məktəbində müəllim işləyir. Hadisə o, həyat yoldaşı ilə birgə sahədə nar toplayarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər