Bakıda 24 yaşlı qız özünü binadan atıb.
“Kriminalqafqaz”ın məlumatına görə, hadisə Nizami rayonu Qara Qarayev prospekti 1 ünvanındakı binada baş verib.
Belə ki, iyunun 18-də axşam saat 19:00 radələrində həmin binanın –ci mərtəbəsindəki 10 saylı mənzilində yaşayan 1998-ci il təvəllüdlü Şəfa Mais qızı Seyidova özünü eyvandan atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Daha bir intihar hadisəsi iyunun 18-də saat 16:00 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsində baş verib. Qəsəbə sakini, 2007-ci il təvəllüdlü R.Kərimov özünü evin həyətində asıb.
24 yaşlı qızın və 15 yaşlı oğlanın hansı səbəbdən həyatlarına son qoymaları hələlik məlum deyil.
Araşdırmalar aparılır.
Məhiyəddin