Axtarışda olan şəxs hava limanında saxlanıldı

23.11.2022 | 11:23 Oxunma sayı: 675
Axtarışda olan şəxs hava limanında saxlanıldı

Heydər Əliyev Beynəlxalq Hava limanında axtarışda olan şəxs saxlanılıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələri (Dələduzluq) ilə axtarış elan edilmiş Sərxanlı Ceyhun İslam oğlu hava limanı ərazisində tutulub. O, aidiyyəti üzrə təhvil verilib.

C.Sərxanlının ətrafında araşdırmalar aparılır.

Nizam Rza


Digər xəbərlər