AXCP fəalı intihara cəhd edib? - Rəsmi açıqlama

12.10.2021 | 14:57 Oxunma sayı: 122
AXCP fəalı intihara cəhd edib?

AXCP sədri Əli Kərimlinin mühafizəçisi, hazırda həbsdə olan Niyaməddin Əhmədovun istintaq təcridxanasında intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlara rəsmi reaksiya verilib.

Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov “Kriminalqafqaz”a açıqlamasında bildirib ki, N.Əhmədovun özünə xəsarət yetirməsi ilə bağlı məlumatlar doğru deyil: “Elə bir hal baş verməyib, yalandır”.

N.Əhmədovun vəkili Zibeydə Sadıqova da Azadlıq.info-ya açıqlamasında məlumatı təkzib edib. O qeyd edib ki, N. Əhmədov aclıq aksiyası keçirdiyi üçün səhhətində narahatlıqlar var.

PX sözçüsü Mehman Sadıqov bu məlumatla bağlı qeyd edib ki, aclıq aksiyası keçirməklə bağlı qanunda müəyyən edilmiş normalar var: “Aclıq aksiyası keçirən şəxs saxlanıldığı müəssisənin rəhbərliyinə rəsmi müraciət etməlidir. Niyaməddin Əhmədov belə bir müraciət etməyib. Səhhəti normaldır”.

Qeyd edək ki, N.Əhmədov terrorçuluğu maliyyələşdirməkdə ittiham edilərək 13 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər