Arvadı boşanıb başqasına ərə getmək istədi, özünü yandırdı

22.11.2022 | 11:04 Oxunma sayı: 978
Arvadı boşanıb başqasına ərə getmək istədi, özünü yandırdı

Ağcabədidə 25 yaşlı şəxs üzərinə benzin tökərək özünü yandırıb.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə dünən günorta saatlarında baş verib. 1997-ci il təvəllüdlü S.Məmmədov (şərti soyadlı) Ağcabədi şəhəri Z.Adıgözəlov küçəsinə gələrək üstünə benzin töküb və özünə od vurub. Yaxınlıqdakı polis əməkdaşı dərhal müdaxilə edərək onu söndürüb və xəstəxanaya çatdırılıb.

İlkin araşdırma zamanı məlum olub ki, S.Məmmədovla həyat yoldaşı arasında xeyli vaxtdır ailədaxili münaqişə yaşanır. Belə ki, qadın ondan boşanaraq başqasına ərə getmək istədiyini bildirib. Həyat yoldaşından boşanmaq istəməyən S.Məmmədov intihar edərək ona mane olmağa çalışıb.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Nizam Rza


Digər xəbərlər