“Arman Dikiy” həbs edildi

11.01.2022 | 15:38 Oxunma sayı: 959
“Arman Dikiy” həbs edildi

Kriminal aləmdə “Arman Dikiy” kimi tanınan avtoritet Arman Cumageldiyev barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Kriminalqafqaz” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Nur-Sultan şəhərinin Rayonlararası İstintaq Məhkəməsi qərar verib.

İstintaqın digər detalları açıqlanmayıb.

Xatırladaq ki, Arman Cumageldiyev yanvarın 7-si Almatı şəhərində saxlanılıb.


Digər xəbərlər