Ağcabədidə kişi arvadını çay evinin qarşısında bıçaqladı

03.10.2022 | 09:24 Oxunma sayı: 185
Ağcabədidə kişi arvadını çay evinin qarşısında bıçaqladı

Ağcabədi rayonunda kişi arvadını bıçaqlayıb.

"Kriminalqafqaz" "Report"a istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 2-də rayon ərazisində yerləşən "Bakı" çay evinin qarşısında qeydə alınıb.

Belə ki, Qənbərov Şükür Eldəniz oğlu qeyri-rəsmi nikah münasibətlərində olduğu Laçın rayon sakini, 1997-ci il təvəllüdlü, İbrahimova Sücayət Məcid qızı ilə qısqanclıq zəminində aralarında münaqişə yaranıb. Daha sonra o, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə S.İbrahimovanın bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məclləsini 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Digər xəbərlər