90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilir - Video+ Yenilənib

23.09.2022 | 15:02 Oxunma sayı: 445
90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilir

Bakıda 90 yaşlı qadının iki nəfər tərəfindən işgəncəyə məruz qalması ilə bağlı məlumat yayılıb. 

“Kriminalqafqaz” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılır. İddiaya görə, video həmin qadının oğlu və gəlini tərəfindən çəkilib. Kadrlardan görünür ki, qadın döşəməni silməyə məcbur edilir, soyuducudan götürdüyü əşyalarla bağlı ona kobud formada irad bildirilir. 

Bakının Buzovna qəsəbəsində lentə alındığı deyilən görüntülərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən saytımıza bildirildi ki, həmin video ilə əlaqədar artıq araşdırmalara başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. 

***

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, yaşlı qadının oğlu və gəlini polis orqanına dəvət olunub, onların izahatı alınıb. Məlum olub ki, görüntülər 6 ay əvvəl çəkilib. Yaşlı qadın hazırda Naxçıvan Muxtar Respublikasında qızının yanında yaşayır. 

Araşdırmalar davam etdirilir.  


Digər xəbərlər