86 yaşlı kişi dəm qazından öldü

21.05.2022 | 10:07 Oxunma sayı: 42
86 yaşlı kişi dəm qazından öldü

Gədəbəydə dəm qazından zəhərlənmə olub.

“Kriminalqafqaz”ın xəbərinə görə, rayonun Söyüdlü kənd sakini, 86 yaşlı Nəcəf İsmayılov və onun həyat yoldaşı, 84 yaşlı Müşkinaz Pirverdiyeva yaşadığı evdə dəm qazından zəhərlənib.

Hadisə zamanı Nəcəf İsmayılov ölüb, arvadı isə xəstəxanaya yerləşdiriblər. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli


Digər xəbərlər