57 yaşlı kişi özünü güllələdi

26.06.2022 | 11:17 Oxunma sayı: 362
57 yaşlı kişi özünü güllələdi

Qəbələdə 57 yaşlı kişi meyiti tapılıb.

"Kriminalqafqaz"ın məlumatına görə, rayonun Tüntül kənd ərazisində kənd sakini, 1965-ci il təvəllüdlü Əzizov  Murad Namət oğlunun meyiti aşkarlanıb.

İlkin ehtimala görə, 57 yaşlı Murad Əzizov intihar edib.

Faktla bağlı araşdırma aparılır.

***

Report-un xəbərinə görə, Qəbələ rayonunda meyiti aşkar olunan kişinin tüfənglə özünü öldürdüyü məlum olub.  Murad Əzizov Dəmiraparan çayının sahilində tüfəngdən atəş açaraq intihar edib.

 


Digər xəbərlər